Taleh Furqaninin yeni kitabının təqdimat mərasimi keçrilib

Hazırda oxunan: Taleh Furqaninin yeni kitabının təqdimat mərasimi keçrilib

74149
Aprelin ikisində Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq”x9d fakültəsi daha bir uğurunu qeyd etdi. Kitabevim.az-da Yaradıcılıq fakültəsinin dinləyicilərindən olan Taleh Furqani “Mən Şeir yazmıram “ adlı kitab ilə oxucularının görüşünə gəldi. “Mən Şeir yazmıram”x9d adlı kitabında toplanmış şeirlər, əsasən, aşıq şeirindən qaynaqlanan, el ruhundan qopub gələn poetik nümunələrdir.

Təqdimat və imza günü olduqca maraqlı simaların iştirakı və onların çıxışı ilə daha da rəngarəng abu-havaya büründü. Tədbirin açılışını tanınmış sima, yazıçılar birliyinin üzvü Maarif Soltan öz çıxışıyla başladı. Növbəti çıxış üçün söz kİtabın redaktoru Ağasıyeva Taviyə xanıma verildi, o, Talehin ümumilikdə şeirə olan ümumi fikirlərindən, kitab barədə təssüratlarından oxucularla bölüşdü. Tədbirdə, tanınmış müğənnimiz Zöhrə xanım Abdullayeva da iştirak edirdi. O Taleh Furqanini bu uğuru münasibətilə təbrik etdi və onun kitabındakı şeirlərindən muğam şəklində səsləndirəcəyini deyərək tədbirə yeni rəng qatdı. Taleh Furqani eyni zamanda keçmiş polis nəfəridir, onun kolleqası və yaxın dostuda onun haqqında olan gözəl fikirlərini, səmimi hisslərini bizlərlə bölüşdü. Eyni zamanda tədbirdə Qəmər ana, İradə Əlili, BSU-nun müəllimlərindən olan Cavanşir müəllim, Yaradıcılıq fakültəsinin dekan müavini Manaf bəy və digər müəllimlər, həmçinin fakültəmizin tələbələri, bununla yanaşı dostumuz və yazar Emil Rasimoğlu iştirak edirdi.
Tədbir həmişəki kimi qrup yoldaşımız və yazar Nofəl Ümidin foto çəkilişi ilə də, daha gözəl xatirələrlə şəkillərdə həkk olunurdu. Çıxış üçün söz Seyran İsmayılova, Ülkər Piriyevaya, Şəhla Aslana, Hədiyyə xanım Şəfaqətə, Günay Həsənliyə, Xanım Aydına, Seymur Əhmədzadəyə verildi, onlarda qrup yoldaşlarını ürəkdən təbrik edib xoş arzularını çatdırdılar hörmətli Taleh Furqaniyə. Digər qrup yoldaşları ilə yanaşı Ülkər Piriyeva da Taleh Furqaninin Mən şeir yazmıram adlı kitabında anasına həsr etdiyi “Qocaldı Anam”x9d adlı şeirini qiraət etdi.
Beləliklə, tədbir Taleh Furqaninin “Mən şeir yazmıram”x9d adlı kitabını oxucularına imzalaması və gözəl şəkillərin çəkilişi ilə sona yetdi. Qrup yoldaşımız Taleh bəyə yaradıcılıq yolunda tükənməz uğurlar diləyirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin