“Allaha şükür ki, kitab və qəzet oxuyan yoxdur ölkəmizdə” – Aqil Abbas 

Hazırda oxunan: “Allaha şükür ki, kitab və qəzet oxuyan yoxdur ölkəmizdə” – Aqil Abbas 

74128

“Milli Məclisdə ölkəyə idxal olunan kağızdan ƏDV alınması qanunu ləğv olundu. Nəşriyyatlar can verir, qazetlər isə artıq canını tapşırıb, qəzet yoxdur”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə İCLAS - Bu məsələlər müzakirə olunur


Deputat qeyd edib ki, qanunun qəbuluna baxmayaraq, layihə hələ də rəsmiləşdirilməyib:

“ƏDV yanvardan götürülsə də Nazirlər Kabineti bunu rəsmiləşdirib, Gömrük Komitəsinə göndərməyiblər. Nəşriyyatlar qan ağlayır. Bunun üçün böyük zəhmətmi lazımdır, yeni bir qanunmu qəbul olunmalıdır? Baş nazir Əli Əsədovdan xahiş edirəm ki, bu məsələyə diqqəti artırsın”.  

Aqil Abbas kitab oxuyanların azlığına da diqqət çəkib:  

“Allaha şükür ki, kitab və qazet oxuyan da yoxdur ölkəmizdə. Kitab oxumayan millətin gələcəyi yoxdur. Dünyada ən az kitab oxuyan millətik”.  

Sahibə Qafarova isə Aqil Abbasın fikirləri ilə razılaşmadığını ifadə edib:

“Elə bir statistika var ki, dünyada ən az kitab oxuyan ölkə Azərbaycandır? Mənim əlimdə belə bir sənəd, statistika yoxdur”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin