Aqil Abbas digər jurnalistlərdən kömək istədi – SƏBƏB 

Hazırda oxunan: Aqil Abbas digər jurnalistlərdən kömək istədi – SƏBƏB 

74113

Sovet dönəmində mətbuatımızın “isti yuvası” sayılan “Azərbaycan” Nəşriyyatı bu gün qara günlərini yaşayır. Bir zamanlar işıqlı otaqları, geniş texniki imkanları və sayılıb-seçilən mətbu orqanları ilə diqqət çəkən Nəşriyyat bu gün natəmiz, təmirsiz və soyuq otaqları eləcə də, sıxıcı ab-havası ilə ürək ağrıdır. Baxmayaraq ki, Nəşriyyata yeni və cavan rəhbərlik gəldi. Amma cavan rəhbər də köhnə streoatipləri qıra bilmədi. Azman nəşriyyatımız gözümüzün önündə qocalır.

Təsadüfi deyil ki, Azərbaycan KİV-nin  önündə gedən bir çox media nümayəndələri nəşriyyatdan qaçaq düşüb. Çünki getdikcə Nəşriyyatdakı iş şəraiti günbəgün pisləşir, amma icarə haqları aybaay artır.

Məsələ ilə bağlı Bizim.Media-yanın suallarını cavablandıran millət vəkili Aqil Abbas bildirib ki, Azərbaycan Nəşriyyatında olan mövcud problemlərdən halidir:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağda ölümə gənclər getdilər, pulsuz da işləyə bilərlər" - Aqil Abbasdan nazirə MÜRACİƏT


“Öz qəzetimizin mərtəbəsini təmir etdirsəm də, bütün nəşriyyatın binasını təmir elətdirməyə gücüm çatmır”.

Azərbaycan Nəşriyyatının yeni rəhbərliyinin problemə yanaşması ilə bağlı millət vəkili bu sözləri söyləyib: 

“Hazırkı rəhbərlik qısa müddətdir fəaliyyətdədir və nəşriyyatdakı redaksiyalar aylıq icarə haqqını ödəyə bilməyib rəhbərliyə borclandığı, eyni zamanda borclarını ödəyə bilmədikləri üçün yaxın müddətdə nəşriyyatın təmir olunması real görünmür”.

Aqil Abbas Nəşriyyat binasının hansısa iş adamı tərəfindən alınması ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib:

“Bir ara nəşriyyatın özəl bir şəxsə satılacağı ilə bağlı fikirlər dolaşsa da bu mümkün olmadı. Hələ ki, nəşriyyat dövlətin mülkiyyətindədir”.

Millət vəkili əlavə edib ki, “hər şeyin qiyməti getdikcə bahalaşdığı üçün Nəşriyyatın binasındakı icarə haqqları da artır. Bir dəfə təxminən 1999-cu ildə Ulu Öndər Heydər Əliyev milli mətbuatımıza dəstək məqsədi ilə oradakı qəzet və digər mətbu orqanların uzun illər ərzində yığılan borclarını sildi”.

Onun fikrincə belə bir nəcib təşəbbüsə yenə də ehtiyac var. Bununla bağlı “Mətbuat Günü” ərəfəsində təşəbbüslə çıxış edib:

“Mən inanıram ki, bu il mətbuat günündə Ulu Öndərin layiqli davamçısı olan möhtərəm prezidentimiz bir zamanlar Heydər Əliyevin etdiyi kimi, səxavət göstərib media orqanlarımızın Azərbaycan Nəşriyyatına olan borclarını siləcək”.

Millət vəkili sonda  bildirib ki, “əgər Nəşriyyatdakı digər media orqanları da sözü gedən məsələ ilə bağlı mənə dəstək versələr, mən bu məsələni Milli Məclisdə müzakirəyə çıxara bilərəm”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin