Mingəçevirdə 300-dən çox Eldar şamı qurudu - FOTO 

Hazırda oxunan: Mingəçevirdə 300-dən çox Eldar şamı qurudu - FOTO 

74029

Mingəçevirdə 301 ədəd Eldar şamı xəstəlik səbəbindən quruyub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Mingəçevir şəhərində şam ağacları kütləvi şəkildə quruyur.

Şəhərin Heydər Əliyev prospekti, Sahil və Füzuli parklarında, eləcə də digər ərazilərdə üst-üstə 301 Eldar şamı quruyaraq kütləvi şəkildə məhv olub. 

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndəsi Tahir Abdullayevin verdiyi məlumata görə, onlar həm öz təşəbbüsləri, həm də sakinlərin müraciətləri əsasında ərazilərə baxış keçirərək qurumuş və vegetasiya dövrü bitmiş Eldar şamlarını müəyyən edib.

Bununla əlaqədar idarə bələdiyyəyə müraciət edərək onların kəsilməsinin zəruri olduğunu bildirib. T.Abdullayevin sözlərinə görə, kütləvi qurumaya naməlum xəstəlik səbəb olub.

Qeyd edək ki, qurumanın ən çox müşahidə edildiyi Sahil parkında şamların qeyri-adi şəkildə soyulması da diqqət çəkir.

Ərazi sakinlərinin bəziləri bunu uşaqların törətdiyini, digərləri isə təbii quruma nəticəsində baş verdiyini deyir. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin