Kanalda batan şəxsin meyiti çıxarıldı

Hazırda oxunan: Kanalda batan şəxsin meyiti çıxarıldı

74007

Şabranda kanalda batan şəxsin meyiti çıxarılıb.

Bu barədə Bizim.Media-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.

Qeyd olunub ki, A.İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin