Ağdamın Şıxbabalı kəndində ÜÇ ŞƏHİD məzarı tapıldı - FOTO   

Hazırda oxunan: Ağdamın Şıxbabalı kəndində ÜÇ ŞƏHİD məzarı tapıldı - FOTO   

73998

Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndində üç şəhidin məzarı aşkarlanıb.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Məzarlar tamamilə dağıdılmış qəbristanlıq ərazisinə baxış keçirildikdən sonra müəyyən edilib:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub.

Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! Onlar 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbristanlığında dəfn olunublar”.
Qeyd edək ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd 1993-cü ilin iyul ayında işğal edilib. 44 günlük Vətən Müharibəsi zamanı 2021-ci ilin noyabr ayında - Ağdam rayonu düşməndən azad olunanda, Şıxbabalı kəndi də azadlığına qovuşub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin