Daha bir qaziyə sosial dəstək göstəriləcək

Hazırda oxunan: Daha bir qaziyə sosial dəstək göstəriləcək

7398

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Xankişiyev Elnur Əliağa oğlunun özü və ailə üzvləri ilə görüş zamanı onlara sosial dəstək göstərilməsi üçün görüləcək işlər müəyyən olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, qazi E.Xankişiyev müharibəyə qədər “Azərenerji” ASC-də işləyib və iş yeri saxlanılmaqla, əmək haqqı da hər ay ödənilir.

Atası da hazırda orada çalışır.

Elnura yaxın günlərdə əlillik təyin olunacaq və bununla əlaqədar hər ay sosial ödənişlərlə təmin ediləcək. Əlillik dərəcəsinə uyğun olaraq dövlət tərəfindən ona birdəfəlik sığorta ödənişi də veriləcək.

Bir qardaşına sağlamlıq imkanı məhdud uşaq olduğu üçün aylıq sosial müavinat ödənilir.

Bacısının da səhhətindəki problemlə bağlı əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işlər görüləcək. 

Ailə ilə görüş zamanı qazinin anası və bacısının işsiz olduqları müəyyən edilib.

Elə evlərindəcə onlarla müqavilə bağlanıb və istəklərinə əsasən ödənişli ictimai işlərə cəlb olunublar. Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin