Xəbər verdiyimiz kimi, bu gün saat 10:30 radələrində Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmündən şikayətinə baxılıb.
Xatırladaq ki, ötən il daxili işlər naziri Ramil Usubov yol polisini təhqir etdiyi üçün tanınmış ziyalı ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Nəsimi Rayon Məhkəməsi E.Quliyevi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edib.
Daxili işlər naziri Ramil Usubovun vəkili Əlirza Həbilov bugünkü məhkəmə prosesi ilə bağlı Moderator.az-a açıqlama verib:
“Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Quliyev Eldəniz Cümşüd oğlunun AR-nın Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məhkum edilməsinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Sadıqov Elçin Əli oğlu tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı oldu. 10:30 radələrində baş tutan məhkəmə prosesində məsələ araşdırıldı. E.Quliyevin özü məhkəmə prosesində iştirak etmirdi. E.Sadıqov şikayəti müdafiə elədi. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmünün qüvvədə saxlanması barədə qərar qəbul etdi”x9d.
xa0
Seymur Əliyev

































































































