Tanınmış prodüser Təranə Səmədovanın polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi məlum olub.
Bizim.Media xəbər verir ki, o, iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Təranə Səmədova yenidən SAXLANILDI - POLİSƏ MÜQAVİMƏT VƏ... - VİDEO
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Səmədovanın barəsində 400 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi. (Report)
Bizim.Media