Göygöl Milli Yaylaq Festivalına ev sahibliyi edəcək - FOTO

Hazırda oxunan: Göygöl Milli Yaylaq Festivalına ev sahibliyi edəcək - FOTO

73937

Azərbaycanda 2-ci Milli Yaylaq Festivalının keçirilməsi planlaşdırılır. Gəncədən 22 km məsafədə Göygöl rayonunda Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan Yaylağında keçiriləcək tədbirlər 29-31 iyul tarixlərinə nəzərdə tutulub. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna festivalın əsas təşəbbüskarlarından və təşkilatçılarından biri olan “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat verib. 

Onun sözlərinə görə, layihənin məqsədi ölkənin və bölgənin sosial, iqtisadi, mədəni inkişafına dəstək olmaqdır.

Fondun vitse-prezidenti bildirib ki, hazırda seçilmiş ərazidə etnoqəsəbə məkanının planlaşdırılması, ilkin abadlıq və tikinti-quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb: “Milli Yaylaq Festivalı”na yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300 nəfərə yaxın iştirakçının və fəxri qonaqların dəvəti nəzərdə tutulur. Ötən festivalda orijinal üslubda salınan "Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, "Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılmışdı. Bu festivalda isə daha möhtəşəm layihələr həyata keçirməyi nəzərdə tuturuq. Çalışacağıq ki, bu festivala qatılan içtirakçılar, qonaqlar Azərbaycan mədəniyyəti, tarixi və etnoqrafiyası ilə yaxından tanış olmaqla yanaşı, həm də mənəvi zövq ala bilsinlər”.

Qeyd edək ki, “I Milli Yaylaq Festivalı” 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmişdi və ilk festival 3 gün ərzində 50000 nəfərdən artıq ziyarətçi, yüzlərlə yerli və 16 ölkədən 100-dən çox xarici iştirakçı qatılmışdı. 

Məqsəd Rəhimov, Bİzim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin