Azyaşlı övladı ilə tualetdə yaşayan ana ilə bağlı problem həll olunub.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azyaşlı övladı ilə tualetdə yaşayan ana NƏZARƏTƏ GÖTÜRÜLDÜ – VİDEO
Onun sözlərinə görə sosial şəbəkələrdə görüntüsü yayılan İradə Yusifova və övladının Xırdalanda yerləşən ticarət mərkəzlərindən birinin sanitar-qovşağında yaşaması halı ilə bağlı Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb:
“Məlum olub ki, İradə Yusifovanın həyat yoldaşı həmin əraziyə gələrək onu və övladını Sumqayıt şəhərində yerləşən mənzilinə aparıb”.
Xatırladaq ki, sosial şəbəkələrdə bir qadının azyaşlı körpəsilə Xırdalan şəhərindəki “Riyad” Ticarət Mərkəzinin tualetində yaşaması ilə bağlı videogörüntü yayılmışdı.
Qadının hansı səbəbdən küçədə olduğu bəlli deyildi. O, özügedən ünvanda azyaşlı övladı ilə acınacaqlı durumda yaşayırdı. Məsələ mediada ictimailəşəndən sonra Sosial Xidmətlər Agentliyi problemi nəzarətə götürüb.
Alçina Amilqızı, Bizim.Media