Xəzərdə tapılan minaları kim yerləşdirib? - AÇIQLAMA

Hazırda oxunan: Xəzərdə tapılan minaları kim yerləşdirib? - AÇIQLAMA

73843

“Böyük ehtimalla bu minalar İkinci Dünya Müharibəsinin qalıqlarıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Xəzər dənizinin Azərbaycan sektorunun 60 metr dərinliyində aşkar edilərək zərərsizləşdirilən gəmi minalarının (KB-1) əraziyə hardan gəlməsinə aydınlıq gətirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə aşkarlanan minalarla bağlı YENİ XƏBƏR - FOTO 


“Ola bilsin SSRİ 1941-1945-ci illərdə özünün dəniz sərhədlərini almanların desant hücumundan qorumaq və ya İran vasitəsilə bura daşına biləcək qüvvələrin qarşısını almaq məqsədilə ərazini minalayıb. 

İkinci Dünya Müharibəsində almanlar bir neçə sovet dəniz limanını ələ keçirdikdən sonra onların da əlinə bu tip minalar keçmişdi. 1941-ci ilin sonu-1942-ci ilin əvvəllərində Lind-liz planı əsasında Azərbaycan üzərindən quru və dəniz vasitəsilə də ABŞ yardımları həyata keçirilirdi.

Bu mənada ola bilər almanlar da əllərində olan həmin sovet minalarından SSRİ-yə qarşı istifadə edib. 

Digər ehtimalar ağla gəlmir. Xəzər dənizində müstəqilliyimizdən üzü bəri aktiv döyüş əməliyyatları aparılmayıb. Onu da nəzərə alaq ki, minalar sovet istehsalıdır. Hər halda daha dəqiq cavabı ekspertiza verməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin