“TOYPAY” terminalları gəlir  - Toylarda yazdırılan nəmərdən vergi tutulacaq?

Hazırda oxunan: “TOYPAY” terminalları gəlir  - Toylarda yazdırılan nəmərdən vergi tutulacaq?

73811

Son zamanlar sosial şəbəkələrdə yayılan məlumatlara görə, toylarda yığılan pullar bundan sonra terminal vasitəsilə yığılacaq. İddiaya görə, toy mərasimləri, şənliklərin keçiriləcəyi restoran və şadlıq evlərində “TOYPAY” adlı terminal quraşdırılacaq, toya dəvət edilənlər nəməri məhz bu aparat vasitəsilə ödəyəcəklər. O da qeyd edilir ki, əldə edilən məbləğdən vergi də tutulacaq. 

“Bu ideyanı dünyanın ən bekar adamı fikirləşə bilər”.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov toylarda pul verilməsinin terminal vasitəsilə həyata keçməsini milli adət-ənənələrimizə zidd hesab etdi:
 

MÖVZU İLƏ BAĞLI:

“May ayında toy etmək olmaz” ermənilərin uydurmasıdır – SÜBUTU sorğu və ekspert RƏYİNDƏ


“30 illik müstəqillik dövründə bu ideya ən mənasız, keyfiyyətsiz, heç kimə lazım olmayacaq bir işdir. Təklifi irəli sürənə “eşq olsun”. Bu ideyanı ancaq dünyanın ən bekar adamı fikirləşə bilər. O qədər vergi tutulmalı yerlər var ki. Belə bir ideyanın gündəmə atılması kiminsə şəxsi qazanc əldə etmək niyyətindən qaynaqlanır. Millətimizin adət-ənənəsinə ziddir. Ayıbdır”. 

Restorator-konsultant Mahir Əhmədzadə isə bildirir ki, təqdimat düzgün, şəffaf aparılsa, nəmərin terminal vasitəsilə yığılması ideyası da insanların marağına səbəb ola bilər: 

“Artıq iki ildən çoxdur ki, belə bir məsələ müzakirə edilir. Azərbaycanda toy bazarı sərfəli olduğundan müəyyən adamlar istəyir ki, toylarda yığılan mamərlər də terminal vasitəsilə yığılsın. Görünür hansısa şirkət artıq bu ideyanı reallaşdırmaq istəyir. Ona görə də məsələ müzakirəyə gəlib. Toy məclisi şəxsi məsələdir. Bu mənada həmin məsələdə hər şey toy sahibinin hansı qərara gəlməsindən asılıdır. Proses də ancaq şirkətlə toy sahibi arasında bağlanan müqavilə əsasında mümkün olacaq. Burada əsas məsələ insanların inamına nail olmaq üçün sistemin şəffaf olmasıdır. Hər halda gələcək bu yeniliyin insanlara nə dərəcədə rahatlıq gətirib-gətirməyəcəyini göstərəcək. 
 

Hər dövrün öz tələbi var. Bir vaxtlar toylarda nəməri ancaq dəftərə yazırdılar. Sonradan pulu konvertə qoyaraq qutuya atmağa başladılar.


İndi də görünür, zamanın tələbilə nəməri terminal vasitəsilə yığmağı düşünürlər. Prosesin məcburi olacağını düşünmürəm. Hər halda layihəni irəli sürən şirkət özünü elə təqdim etməlidir ki, insanlar ona inansın. Hər halda bu layihənin gerçəkləşməsi təqdimatdan, reklamdan asılıdır”.  

Həmsöhbətimiz qeyd edir ki, ilk vaxtlar insanlar bu ideyanı mənfi qarşılayacaq: 

“Amma təqdimatdan asılı olaraq sonrakı mərhələdə bəlkə də yaxşı nəticə versin. Görünən odur ki, hər bir yaxşı yenilik həmişə insanlara xeyir verib. Toylarda pulun terminal vasitəsilə yığılması fonunda tutulan verginin həcmi də cüzi olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin