Mayın 8-də yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova tibbi ekspertizadan keçirilib.
Bu barədə Bizim.Media-ya jurnalist özü məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Aytən Məmmədova ona edilən hücumun necə baş verdiyini açıqladı – VİDEO
Aytən Məmmədova bildirib ki, bu gün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində ekspertizadan keçib.
Bundan başqa, Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinin icraatına verilib.
Jurnalistə hücum edən şəxsin tapılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media