Bakı sakinləri çimərliklərin hasarlarını sökürlər - FOTO

Hazırda oxunan: Bakı sakinləri çimərliklərin hasarlarını sökürlər - FOTO

73792

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin sakinləri Xəzərin sahilinə getməyə mane olan hasarlara qarşı, eləcə də qəsəbə çimərliyinin təmizliyi üçün mübarizəni davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar, onlar bir araya gələrək sahilyanı obyektlərin sahiblərini və kirayəçilərini onların doğma qəsəbələrinin çimərliyinə girişinə maneə olan çoxsaylı hasarlardan üçünü sökməyə nail olublar. Bu hasarlar və məftildən olan hörgülər təxminən bir ay əvvəl çəkilib.

Buzovna sakinləri bununla kifayətlənmək fikrində deyillər.

Axı “Torpaqların icarəsi haqqında” qanunun beşinci bəndinə əsasən, Xəzər dənizinin sahil zonası, o cümlədən əhalinin müalicəsi və istirahəti üçün nəzərdə tutulan ərazilər dövlət mülkiyyətindədir.
Amma təəssüflər olsun ki, Abşeronda vəziyyət o həddə çatıb ki, praktiki olaraq sahilə bütün girişlər, qanuna zidd olaraq, şəxsi villa və obyektlərin hasarları ilə bağlanıb, sadə vətəndaşlar sərbəst şəkildə Xəzər dənizinə gedə bilmirlər (caliber.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin