Baş Prokurorluqdan narkotiklərlə bağlı cəzaların dəyişdirilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan narkotiklərlə bağlı cəzaların dəyişdirilməsi ilə bağlı AÇIQLAMA

73787

Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib.

Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir.

Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, “şəxsi istehlak miqdarında” ifadəsinin “az miqdarda” ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda “az miqdarda” narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi” kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.
Vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə “şəxsi istehlak miqdarında” sözləri “az miqdarda” sözləri ilə, “şəxsi istehlak miqdarından artıq miqdar” sözləri isə “xeyli miqdar” sözləri ilə əvəz olunmuş, “külli” və “xüsusilə külli” miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.

Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin