Azyaşlı övladı ilə tualetdə yaşayan ana NƏZARƏTƏ GÖTÜRÜLDÜ – VİDEO 

Hazırda oxunan: Azyaşlı övladı ilə tualetdə yaşayan ana NƏZARƏTƏ GÖTÜRÜLDÜ – VİDEO 

73777

Sosial şəbəkələrdə bir qadının azyaşlı körpəsilə Xırdalan şəhərindəki “Riyad” Ticarət Mərkəzinin tualetində yaşaması ilə bağlı videogörüntü yayılıb.

Bizim.Media xəbər verir ki, videodan anlaşılır ki, kimliyi və hansı səbəbdən küçədə olduğu bəlli olmayan qadın sözügedən ünvanda azyaşlı övladı ilə acınacaqlı durumda yaşayır. 

Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib:

“Əməkdaşlarımızı həmin əraziyə baxış keçirmələri üçün göndərmişik. Məsələ nəzarətimiz və diqqətimizdədir. Hər hansı görüləcək tədbirlə bağlı ictimaiyyəti məlumatlandıracağıq”, - deyə nazirlik rəsmisi qeyd edib.

Həmin görüntüləri təqdim edir, çarəsiz anaya əl tutulacağına ümid edirik:

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin