Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxslə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxslə bağlı YENİ XƏBƏR 

73759

Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, 2021-ci il oktyabrın 23-də Qəbələ rayonu, Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin