Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinin qəbulu məqsədilə daha 3 rayonda - Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir, Qusar və Salyan rayonlarındakı ərazi filaillarının binasında fəaliyyət göstərir.
Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət edir:
Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə,
Qusar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə,
Salyan rayonundakı vahid əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q) Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları üzrə
vətəndaşların müraciətləri qəbul olunur.
2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 11.05.2022
Üç rayonda vahid əlaqələndirmə mərkəzləri açıldı
Hazırda oxunan: Üç rayonda vahid əlaqələndirmə mərkəzləri açıldı
Hazırda oxunan: Üç rayonda vahid əlaqələndirmə mərkəzləri açıldı
73756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.