Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər ”“ FOTO

Hazırda oxunan: Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər ”“ FOTO

73739
Sarayın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb.

Bakı bulvarının yeni salınan hissəsində, Bayıl qəsəbəsi ərazisində inşa olunan Su İdmanı Sarayının ətrafında geniş abadlıq işləri görülür. 

Moderator.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, artıq ərazidə xeyli yaşıllıq sahələri salınıb. 

Bundan başqa yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir.
 
Qeyd edək ki, Su İdmanı Sarayının inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikilib və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu tikilib.
 
Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Su İdmanı Sarayı paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcək.
 
İdman sarayının ətrafı abadlıq işlərindən sonra belə olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin