Ermənistanın Sünik vilayətindəki Şurnuxu kəndinin sakinləri öz evlərini yandırırlar.
Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 4-də Şurnuxu kənd sakini Ararat Ağabekyan videomaterial dərc edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusu Şurnuxuya daxil oldu - VİDEO
Şurnuxu kəndi Qubadlı rayonunun tərkibinə salınmalıdır - BƏYANAT
"Şurnuxu sakini öz evini yandırıb. İstəyirik ki, Türkə qalmasın. Biz 30 il əvvəl azad etdiyimiz torpaqları tərk etməyəcəyik, buna gücümüz çatır. Xalqımızı gətirib bu günə saldılar ki, insan öz evini yandırsın. Türklər bu evdə yaşamamalıdır. Heç vaxt Sünik torpağını bağışlaya bilmərik", - deyə o bildirib.
Kənd sakini qeyd edib ki, hakimiyyətin davranışı buna gətirib çıxarıb.
"Nikol, budur sənə Şurnuxudan Yeni il hədiyyəsi. Bu, müvəqqətidir. Yenidən evimi tikəcəyəm. Növbə ilə yandıracağıq, Nikol ən böyük tonqalda səni yandıracağıq. Sən qoşunları, xalqı məhv etdin, bizə sənə söyməyi, evlərimizi yandırmağı öyrətdin. Nikol, səni bu odda yandıracağıq. Hər şeyin səbəbkarı sənsən”, - kənd sakini vurğulayıb.
Xatırladaq ki, bu gün Şurnuxu kəndinin 12 evi Azərbaycana təhvil verilib və kənddə üçrəngli bayrağımız asılıb.
Bizim.Media