Dövlət Sərhəd Xidmətində ümummilli lider yad edildi - FOTO

Hazırda oxunan: Dövlət Sərhəd Xidmətində ümummilli lider yad edildi - FOTO

73718

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, DSX-nin rəhbər heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət Sərhəd Xidmətində davam edən tədbirin iştirakçıları əvvəlcə “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəz”ində dahi öndərin büstü önünə gül çələngi qoymuş, Ümummilli liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiyaya baxış keçiriblər.

Tədbirin rəsmi hissəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edilmiş, ölkəmizin ən yeni tarixinin bütöv bir dövrünün ümummilli liderin adı ilə bağlı olduğu, onun rəhbərliyi dövründə Azərbaycanın əsrə bərabər intibah, milli tərəqqi, inkişaf yolu keçdiyi qürurla vurğulanıb.

Ulu öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası amalları ətrafında xalqın birləşdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsi qeyd olunmuş, hələ sovetlər dönəmində təməlini qoyduğu milli sərhəd mühafizəsi strategiyasının inkişafı sahəsindəki xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.

Ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası və ideyalarının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, inamlı, dinamik və dayanıqlı tərəqqisi ilə Azərbaycanın çağdaş dünyada yeni inkişaf modelinə çevrildiyi vurğulanıb.

İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində tarixi zəfərin qazanıldığı,  torpaqlarımızın işğaldan azad olunduğu qeyd edilib.

“Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır” deyən ümummilli ıider Heydər Əliyevin dühasının təntənəsi iftixarla bildirilib.
Tədbirin sonunda ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Azərbaycanın memarı” sənədli filmi nümayiş etdirilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin