Hacıqbulda sel körpünü uçurdu - 7 kəndlə əlaqə kəsilib - FOTO

Hazırda oxunan: Hacıqbulda sel körpünü uçurdu - 7 kəndlə əlaqə kəsilib - FOTO

73717

Hacıqabul rayonunda son günlər intensiv yağan yağışların əmələ gətirdiyi sel suları Udulu kəndi ərazisindən keçən Pirsaat çayı üzərindəki körpünü yenidən uçurub.

Yerli sakinlərin Bizim.Media-nın cənub bürosuna verdiyi məlumata görə, ötən gün axşam saatlarında sel körpünü yuyubmuş. Bundan sonra körpü təmir edilsə də, bu gün yenidən uçub.

Körpünün uçmasından sonra 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hacıqabil Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözü gedən kəndlərlə əlaqə yaratmaq üçün Tağlı kəndindən alternativ yol kimi istifadə olunur.
Artıq çayın üzərində yeni körpünün tikintisinə başlanılıb.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin