Azərbaycanın paytaxtında çimərliyin bir hissəsi satılır.
Bizim.Media xəbər verir ki, bu barədə elan daşınmaz əmlak satışı üzrə ixtisaslaşmış saytlardan birində yerləşdirilib və dəniz sahilində villanın satışa çıxarıldığı yazılıb.
“Dəniz kənarında öz çimərliyi ilə lüks villa satılır. Villa Buzovna qəsəbəsində yerləşir. Torpaq sahəsi 32 sotdur. Mənzil sahəsi 1.000 kv.m-dir. Evdən dənizə gözəl panorama açılır”, - deyə elanda bildirilir.
Obyekt 5 milyon 500 min manata satılır.
Qeyd edək ki, elanın fotosunda villanın hasarlanmış özəl çimərlik sahəsi ilə birlikdə satıldığı diqqət çəkir. Amma “Torpaqların icarəsi haqqında” qanunun beşinci bəndinə əsasən, Xəzər dənizinin sahil zonası, o cümlədən əhalinin müalicəsi və istirahəti üçün nəzərdə tutulan ərazilər dövlət mülkiyyətindədir.
Belə ki, Buzovna qəsəbəsində dövlət torpağı şəxsi torpaq kimi satılır və “Bütün sənədləri qaydasındadır, alqı-satqı sənədi var” vurğulanır.
Villa sahibinin çimərliyi dövlət torpağı kimi sənədləşdirməsi və şəxsi mülkiyyətə çevirməsi sirr olaraq qalır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 10.05.2022
Bakıda özəl çimərliyi olan villa satılır - FOTOFAKT
Hazırda oxunan: Bakıda özəl çimərliyi olan villa satılır - FOTOFAKT
Hazırda oxunan: Bakıda özəl çimərliyi olan villa satılır - FOTOFAKT
73652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.