Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə yaxınlıqda yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, belə vəziyyət uzun müddətdir ki, davam edir.
Xəzər TV-nin əməkdaşları da ərazidə çəkiliş edərkən narkomanların istifadə edərək tulladıqları şprislərə rast gəliblər. Artıq polis əməkdaşları binanı ciddi nəzarətə götürüblər.
Problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra əraziyə polis əməkdaşları gələrək binaya baxış keçiriblər. Nazirliyin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, ərazidə nəzarət tədbirləri gücləndirilib.
Qeyd edək ki, baxımsız vəziyyətdə qalan bu bina təxminən 15-20 il əvvəl tikilməyə başlayıb. Sonradan isə inşası yarımçıq qalıb.
Daha ətraflı süjetdə:
Bizim.Media