Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şəhid ailələri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi aksiya təşkil olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə baş tutan aksiya zamanı Gəncədəki bir sıra özəl tibb müəssisələrində şəhid ailələri, müharibə iştirakçıları və əlillərinə ödənişsiz xidmətlər göstərilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aksiyaya “Şans” Tibb Mərkəzi, “Yeni Gəncə” Tibb Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi, Memorial Hospital və “Bim” Optik qoşulub.
Aksiya çərçivəsində tibb müəssisələri tərəfindən kardioloji, terapevtik, nefroloji, ginekoloji, hemotoloji, stomotoloji, oftolmoloji müayinələr, rentgenoqrafiya, elektrokardioqrafiya, EXO və USM müayinələri, “qanın ümumi analizi”, “qanda şəkərin təyini” laborator müayinələri göstərilib.
Gün ərzində davam edən aksiyadan 400-ə yaxın şəhid ailəsi, müharibə əlili və iştirakçısı yararlanıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:59 / 10.05.2022
400-ə yaxın səhid ailəsi və müharibə iştirakçısına DƏSTƏK AKSİYASI - FOTO
Hazırda oxunan: 400-ə yaxın səhid ailəsi və müharibə iştirakçısına DƏSTƏK AKSİYASI - FOTO
Hazırda oxunan: 400-ə yaxın səhid ailəsi və müharibə iştirakçısına DƏSTƏK AKSİYASI - FOTO
73635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.