Xaçmazın Palıdlı kəndinə nəhayət ki, telefon xətti çəkildi. Palıdlı kəndi 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmazın Dədəli İnzibati Ərazi Dairəsinin ķeçmiş Xraxoba kəndinin ərazisində salınıb.
Şəhər tipli kənd o vaxtdan telefonsuz və internetsiz idi. Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə, Az.Telekom MMC-yə dəfələrlə edilən müraciətlər cavabsız qalmışdı.
Bizim.Media olaraq, bu il fevral ayının 2-də "Prezidentin saldığı kəndə məmurlardan ögey münasibət: 9 ildir kəndə telefon xətti çəkilmir" yazısı ilə çıxış etdikdən sonra vəziyyət müsbətə doğru dəyişdi. Aprelin 28-də Dədəli kəndində ən müasir GPON şəbəkəsi olan stansiya quraşdırılıb. Qısa vaxtda Palıdlı kəndində 26 evə Optik xətt olan telefon və internet çəkilib.
Bu gün isə rabitəçilər verdikləri sözə əməl etdilər. Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü günü - mayın 10-da 9 ildir növbə gözləyən Palıdlı kəndində telefon və internet çəkilişi başa çatıb.
Məlumat üçün deyək ki, əvvəllər Dədəli İnzibati Ərazi Dairəsinin keçmiş Xraxoba kəndi 1954-cü ildə Azərbaycanın Xaçmaz rayonuna maldarlıq məqsədilə gələn insanların yaşadığı kənd olub və inzibati cəhətdən Azərbaycanın ərazisində yerləşsə də, Dağıstanın Məhərrəmkənd rayonunun tərkibində olub.
Xraxobanın ərazisində isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Palıdlı kəndi salınıb. Kəndə müasir yol çəkilib, Heydər Əliyev Fondunun dəstəyilə müasir məktəb tikilib.
Artıq bu müasir kənddən də dünyaya birbaşa çıxış mümkün oldu. Kənd sakinləri buna görə, Prezident İlham Əliyevə, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə və Az.Telekom rəhbərliyinə minmətdarlıq edirlər.
Qeyd edək ki, Xaçmazın Ağarəhimoba, Qədeşoba və Müzəffəroba kəndlərindən başqa, Palıdlı kəndi Optik xətt çəkilən və GPON layihəsi tətbiq edilən 4-cü kənddir. Bundan əlavə, rayonun İstisu qəsəbəsində 1024 nömrəlik yeni tipli stansiya qurulur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 10.05.2022
9 ildir növbə gözləyən Xaçmazın Palıdlı kəndinə telefon və internet çəkildi - FOTO
Hazırda oxunan: 9 ildir növbə gözləyən Xaçmazın Palıdlı kəndinə telefon və internet çəkildi - FOTO
Hazırda oxunan: 9 ildir növbə gözləyən Xaçmazın Palıdlı kəndinə telefon və internet çəkildi - FOTO
73633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.