Badamdarda sürüşmə yenə aktivləşdi - VİDEO

Hazırda oxunan: Badamdarda sürüşmə yenə aktivləşdi - VİDEO

73628

Bir ilə yaxındır ki, hər yağış yağandan sonra yolda sürüşmə aktivləşir. Söhbət paytaxtın sürüşməyə meyilli ərazisi hesab edilən Badamdar qəsəbəsindən gedir. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, burda bir küçədə təxminən 15-20 metr məsafədə yol sürüşür. Sakinlər deyirlər ki, sürüşmə belə davam edərsə, yol tamamilə dağılacaq. 

6 metr eni olan yol hər keçən gün sürüşür. 

Təhlükəli vəziyyət paytaxtın Səbail rayonunda sürüşməyə meyilli ərazi olan Badamdarda yaşanır. Qəsəbənin Dostluq küçəsi 3-cü massiv adlanan ərazisində yaşayan sakinlər deyirlər ki, yolda sürüşmə 1 ilə yaxındır başlayıb.
Hər dəfə yağış yağdıqdan sonra isə çökmə daha da aktivləşir.

Sürüşmə zamanı yol kənarında boş torpaq sahəsinin daş hasarı da uçub. Qəsəbə sakinləri deyirlər ki, yol hər gün sürüşdüyündən ərazidə təhlükəli vəziyyət daha da artır. Əvvəllər 5-6 metr hissədə çökmə olubsa, indi yolun təxminən 15-20 metrə qədər ərazisi sürüşüb. 

Qeyd edək ki, təhlükəli vəziyyət yol boyu bir neçə hissədə yaşanır.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirdilər ki, sabah həmin əraziyə baxış keçiriləcək. Sürüşmənin qarşısını alınması və yolda təmir işlərinin görülməsi üçün aidiyyəti qurumlara məlumat verəcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin