Mərkəzi Nəbatat Bağı ilə bağlı YENİ LAYİHƏ

Hazırda oxunan: Mərkəzi Nəbatat Bağı ilə bağlı YENİ LAYİHƏ

73566

“Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın tapşırığına əsasən Mərkəzi Nəbatat Bağı ilə bağlı yeni layhə hazırlanır”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 

“Bu, xaricdən gələn mütəxəssislərin iştirakı ilə hazırlanan unikal layihə olacaq. Parkın ərazisi 46 hektardan ibarətdir. Bu layihəni tamamlamaq üçün vaxt tələb olunur. Layihə üzərində iş tamamlanır, tam hazırlanandan sonra ictimaiyyətə təqdim olunacaq" - deyə Eldar Əzizov qeyd edib.

Prezident İlham Əliyev mayın 5-ində "Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin