Şəmkir rayonunda iki nəfər kəsici alətlə özünə xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, hadisələrdən biri şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü R.Cəfərov kəsici alətlə qol nahiyəsinə xəsarət yetirib.
Daha bir hadisə isə Şəmkir şəhərinin başqa ünvanında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü T.Muradsoy hər iki qoluna kəsici alətlə bir neçə xəsarət yetirib.
Hər ikisi xəstəxanaya aparılıb. Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi barədə isə hələ ki məlumat yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:43 / 09.05.2022
Şəmkirdə bir gündə iki nəfər özünə xəsarət yetirdi
Hazırda oxunan: Şəmkirdə bir gündə iki nəfər özünə xəsarət yetirdi
Hazırda oxunan: Şəmkirdə bir gündə iki nəfər özünə xəsarət yetirdi
73519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.