Ağdamda çay daşdı, körpünü sel apardı - FOTO 

Hazırda oxunan: Ağdamda çay daşdı, körpünü sel apardı - FOTO 

73462

Qarqar çayının daşması nəticəsində otlaq, əkin sahələri və qəbiristanlıq ərazisi sel suları altında qalıb. 

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, daşqınlar, əsasən, çayın Ağdam rayon Əfətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Həmçinin sel sahə və qəbiristanlıq yolunda qurulmuş kiçik körpünü də yuyub.  

Daşqın baş verən əraziyə texnika cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür.  

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin