Yaz-yayın ən dəbli rəngi seçildi - FOTO

Hazırda oxunan: Yaz-yayın ən dəbli rəngi seçildi - FOTO

73456
2015-ci ilin yaz-yay mövsümünün ən dəbli rəngi müəyyən edilib. Bu bənövşəyi və çalarlarıdır. 

ANS PRESS-in "The Independent"ə istinadla verdiyi məlumata görə, al-qırmızı rəng də ən çox istifadə edilənlərdən olacaq. 

Bənövşəyi, lil, lavanda rənginin çalarlarını demək olar ki, hər yerdə - geyimlərdə və aksesuarlarda görə biləcəyik. Bu rəngin çalarları tanınmış modelyerlərin kolleksiyalarında da dominantlıq edib. 

Amma bir rəngdən istifadə məsləhət deyil. Yaxşı olar ki, bənövşəyinin çalarlarını başqa rənglərlə kombin edəsiniz. Qara və pastel tonlar istisnadır. 

Qeyd edək ki, bir müddət öncə 2015-ci ilin ən aktual rəngi açıqlanmışdı. "Pantone Color Institute" - rəng institutunun ekspertlərinin fikrincə, ilin rəngi "marsala" olub. Yəni, zoğalı -qəhvəyi rəngin qarışığı. 
Bu rəng adını Siciliyadan olan bir şərabdan götürüb. 

Bənövşəyinin çalarları





Marsala rəngi



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin