Şuşaya qanunsuz bilet satışı faktı təsdiqləndi - RƏSMİ 

Hazırda oxunan: Şuşaya qanunsuz bilet satışı faktı təsdiqləndi - RƏSMİ 

73424

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı-Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı araşdırmalar aparılıb. Məlum olub ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində may ayı üzrə biletlər satışa çıxarıldıqdan sonra bir neçə nəfər müxtəlif şəxslərin adından qrup şəklində biletlər alıb.

Bizim.Media xəbər verir ki, bu barədə DANX-ın sektor müdiri Sübhan Əbilov bildirib. 

Onun sözlərinə görə, yayılmış məlumatlar öz təsdiqini tapıb:
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA 


“Vətəndaşları Şuşaya tur təşkil etmək adı ilə aparırlar. Əslində isə tərəflərindən “yolumuzqarabaga.az” portalı üzərindən vətəndaşlara müəyyən olunmuş tariflə biletlər alınır. Lakin elandakı qiymətlərə uyğun vətəndaşlardan nağd şəkildə vəsaitlərin alınması halları ola bilər. Bununla bağlı vətəndaşlara tövsiyyə edirik ki, saytlarda verilən elanlara inanmasınlar və şəxsi məlumatlarını bölüşməsinlər”, -deyə qeyd edən S.Əbilov vətəndaşları bu mövzuda diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bir neçə gün öncə yaydığı açıqlamasında faktın öz təsdiqini tapmadığını və yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirilib.

Xatırladaq ki, may ayından etibarən Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir. Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin