Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb - FAKTİKİ HAVA 

73410

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. 

Dolu: Mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb. 

Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam edib.

Mayın 09-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunub. 

Külək: Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib. 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb. 

Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin