“Jurnalistə edilən hücumla bağlı hazırda araşdırmalar aparılır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, ictimaiyyətə bu barədə məlumat veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO
Qeyd edək ki, dünən gecə saatlarında Bakıda jurnalist Aytən Məmmədova yaşadığı binanın blokunda bıçaqlı hücuma məruz qalıb.
Hücum edən şəxs bıçağı jurnalistin boğazına dirəyib və onu adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, həmçinin proses barədə yazmamasını tələb edib. Daha sonra A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Səkinə Yusibli, Bizim.Media