Ağdamda 28 il sonra öz beşiyini tapdı - FOTO

Hazırda oxunan: Ağdamda 28 il sonra öz beşiyini tapdı - FOTO

73367

55 yaşlı Ağdam sakini 28 il sonra şəhərin xarabalıqlarından öz beşiyini tapıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Elbrus Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həmin beşik işğaldan azad edilmiş Ağdam şəhərindəki evlərində əzilmiş şəkildə tapılıb.

1967-ci ildə Ağdam şəhərində düzəldilən beşik, sözün əsl mənasında atadan övlada keçib.

Belə ki, həmin beşikdə Elbrus Hacıyevdən sonra onun qız övladına və oğlu Hacıağa Hacıyevə layla deyilib.

Şəhərin işğalı zamanı ailə bütün ev əşyaları ilə yanaşı həmin beşiyi də qoyaraq çıxıblar. Lakin Vətən müharibəsindən sonra şəhərə səfər edən həmsöhbətimiz evlərinin xarabalığından yalnız beşiyi tapıb. Beşik ailə tərəfindən təmir edilib.

Hazırda həmin beşik Elbrus Hacıyevin nəvəsi, Hacıağa Hacıyevin qız övladı Fatimə Hacızadə üçün istifadə edilir.

Elgün Gəncimsoy, Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin