Azərbaycanlı iş adamının yaxtası Almaniyanın əlinə keçdi - DETALLAR

Hazırda oxunan: Azərbaycanlı iş adamının yaxtası Almaniyanın əlinə keçdi - DETALLAR

73355

Almaniya hakimiyyəti azərbaycanlı əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus 360 milyon dollarlıq “Luna” super yaxtasını müsadirə edə bilər. Hazırda yaxta Almaniyanın Hamburq limanında təmir olunur.

Bizim.Media “luxurylaunches.com” saytına istinadən xəbər verir ki, Əhmədov Aİ sanksiyalarına məruz qaldığı üçün yaxtanın müsadirəsinə hazırlıq gedir.

Hətta əvvəllər Əhmədovla həyat yoldaşı Tatyana arasında boşanma davası səbəbindən “Luna” yaxtası bir neçə il Dubay limanında olub. Və yalnız keçən ilin dekabrında keçmiş cütlük qarşılıqlı kompensasiya haqqında razılaşdıqda, o, Hamburqdakı gəmiqayırma zavodlarından birinə təmir üçün gətirilib.

Fərhad Əhmədovun özü bu ilin aprelində Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Bu isə o deməkdir ki, “Luna” yaxtası, eləcə də azərbaycanlı milyarderin Qərbdəki digər aktivləri müsadirə edilməlidir.

Bununla belə, Almaniya hakimiyyəti “Luna”nın qanuni sahibinin müəyyənləşdirilməsi prosedurlarının hələ həyata keçirilmədiyini və yaxtanın təmirinin tam olaraq sifarişçi tərəfindən ödənilmədiyini əsas gətirərək sanksiyaları həyata keçirməyə hələ başlamayıb.

Eyni zamanda, Berlindəki bir neçə mənbə bildirib ki, gəmi Hamburqdan çıxmağa cəhd edən kimi yerli hakimiyyət orqanları onu dərhal həbs edəcək.

Xatırladaq ki, İsveçrə bu yaxınlarda Aİ-nin bir sıra rus oliqarxlarına, o cümlədən Fərhad Əhmədova məxsus onlarla İsveçrə bank hesablarının müsadirəsini nəzərdə tutan beşinci anti-Rusiya sanksiyalar paketini dəstəkləmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin