Azərbaycanın dağlıq rayonlarında qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanın dağlıq rayonlarında qar yağıb - FAKTİKİ HAVA

73317

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 08-i saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Xınalıqda 3 sm, Qrızda 2 sm olub.

Mayın 07-də saat 18:30-18:35 radələrində Naxçıvanda diamteri 6.0 mm olan, Şahdağda saat 11:10-11:25, 12:50-13:00, 14:00-15:25 radələrində xırda dənəli dolu düşüb.

Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı müşahidə olunub.

Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Biləsuvarda 18 m/s, Sabirabadda 17 m/s, Göytəpə, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Çilov adası, Sumqayıtda 23 m/s, Neft Daşlarında 21 m/s, Binədə 18 m/s, Ələtdə 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb.

Mayın 08-i səhər saatlarından şimal-qərb küləyi 15-20 m/s-dək mülayimləşib. Ölkə ərazisındə müşahidə olunan külək mayın 08-i gündüz saatlarından başlayaraq tədricən zəifləyəcək, qeyri-sabit, arabir yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonlarınadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin