Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
İmtahan 3 saat davam edəcək və namizədə 40 test tapşırığı veriləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu), imtahana buraxılış vərəqəsi.
Xatırladaq ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:47 / 08.05.2022
Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ
73288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.