Xəzər dənizi haqqında maraqlı FAKTLAR

Hazırda oxunan: Xəzər dənizi haqqında maraqlı FAKTLAR

7328

Xəzər dənizində suyun duzluğu dünya okeanının və okeana açıq dənizlərin orta duzluğundan 5 dəfə azdır. Onun sahəsi 371 min kv.km-dir. Ancaq periodik olaraq dənizin sahəsi dəyişir. Xəzərə ümumilikdə 130 çay axır, ən böyüyü Volqadır. Xəzərdə irili xırdalı 50-dək ada var. Suyun səviyyəsi qalxanda bəzi adalar itir deyə dəqiq say məlum deyil.

Xəzərin orta dərinliyi 208 metrdir, ancaq ən dərin hissəsi cənubda 1025 metr, ən dayazhissəsi isə şimaldadır: bir neçə metr arasında dəyişir (burada ən dərin yer 25 m-dir) və şimal hissə qış aylarında buz bağlayır. Xəzərin balıq resursları Lena çayı ilə müqayisədə azdır. Dünyanın ən böyük beluqa balığı 11 may 1921-ci ildə Xəzərin Rusiya hissəsində tutulub. Onun çəkisi 1224 kq imiş və bu günədək həmin rekord yenilənməyib. Bu balıqdan 146 kq kürü götürülüb.

Bizim.Media xəbər verir ki, Xəzər dənizi qapalı su hövzəsi, okeana çıxışı olmadığı üçün göldür.

Lakin 376 390min kv.km həcmi, 1025 metr ən dərin çökəkliyi, duzluluq səviyyəsi, geoloji quruluşuna görə dənizdir.

Həm də əvvəllər Xəzər dənizi Kuma Manıç çökəkliyi vasitəsilə Azov dənizinə birləşirdi ki, Qara və Aralıq dənizləri vasitəsilə Atlantik okeanına çıxa bilirdi. 

Milyon il öncəyə getsək isə, Xəzər dənizimizin ərazisində Tetis okeanı yerləşirdi və bu su hövzəsi İspaniya sahillərindən Zond adalarınacan uzanırdı. Etimologiyasından bəhs etsək, Assuriyada Xəzərimizi Cənub dənizi, qədim yunan coğrafiyaçısı Hekatey Kaspiy, Hirkan dənizi adlandırırdı. Onu da deyim ki, Hirkan canavarlar ölkəsi deməkdir, boz qurd isə bizim, türklərin totemidir. Qədim yazılarda Coşqun dənizi də deyilir. Kaspini kaspilərə bağlayanlar Xəzər adını Xarəzmlərlə əlaqələndirirlər. Qədim ruslar Xəzərə Xvalın, tatarlar Ağ dəniz, türklər Kiçik Dəniz, çinlilər Si Hay, yəni Qərb Dənizi deyirdilər. Dənizimizin adı bu regionda V-X əsrlərdə yaşamış türkdilli xəzərlərlə də bağlıdır. Tarixi hədsiz dərindir.

Alimlər arasında Xəzər nəfəs alır deyimi var. Çünki suyun səviyyəsi tez tez dəyişir. Bunu isə, iqlim dəyişiklikləri və Volqa çayı ilə izah edənlər də var. Xəzər xaqanlığının paytaxtı İtil mifi də mövcuddur. Belə ki, bəziləri bu şəhərin Volqa deltasında, digərləri Dağıstanın şimal hissəsinə aid adalardan birində yerləşdiyini iddia edir. Rəvayətə görə, həmin şəhər suyun səviyyəsi qalxanda Xəzərə qərq olub. Digər maraqlı fakt XIII əsrdə inşa olunan suyun altında qalan Səbail qalasıdır. Deyilənə görə qala Bayılın 350 metrliyindəki adada inşa olunub, lakin suyun səviyyəsi qalxıb deyə mavi Xəzərin altında qalıb.

Xəzərdə aysberq olmasa da, suyun donmaları, böyük buz parçaları vaxtaşırı görünür. 1953-cü ildə olan bu hadisə, 2012-ci ilin fevralında da təkrarlanmışdı. 

Yayda dəniz suyunun soyumasını ekspertlər həm yosunlarla, həm də dəniz dibindəki suyun yuxarı qalxması ilə bağlayırlar.

Dənizimiz canlı əfsanələrinə baxsaq, farsların “Runanşah” dediyi mifoloji varlıq mövcuddur. Həmin dəniz sakini insanabənzər canlıdır. Əsasən balıq sürüsü olanda görünə bilən canlıya son dəfə 2005-ci ildə “Bakı” gəmisinin heyəti şahidlik edib. Bu isə o deməkdir ki, “Amfibiya adam” filmi elə belə yerə lentə alınmayıb. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin