Qubanın dağlıq ərazilərinə qar yağması davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Söhüb, Dalıqayadan sonra Xınalıq kəndinin yaxınlığındakı dağlara qar yağıb.
MÖVZU İLƏ BAĞLI:
Qubanın dağ kəndlərinə qar yağıb - ÖZƏL
Xınalıq sakinlərinin sözlərinə görə, kəndin özünə isə sulu qar yağır.
Qeyd edək ki, son iki gündə şimal bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürür. Ötən gün bölgədə güclü külək, gecə saatlarında isə intensiv yağış qeydə alınıb. Havanın temperaturu isə 5-8 dərəcə aşağı düşüb.
Aytəkin Alxaslı, Bizim.Media