Cəlilabadda avtomobil yolu keçən piyadanı vurdu - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabadda avtomobil yolu keçən piyadanı vurdu - YENİLƏNİB

73257

Cəlilabadda qəzaya düşən piyadanın şəxsiyyəti məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, 1990-cil təvəllüdlü rayon sakini Samir Əliyevdir.

***

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən təxminən 30 yaşlı kişini vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı koma vəziyyətində olduğundan onun hələlik şəxsiyyətinin müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin