Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya FHN-in Mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı aşkarlayıb
Məlumata görə, Rusiya FHN-in 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar.
Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.
Bizim.Media