Qubanın dağ kəndlərinə qar yağıb - ÖZƏL

Hazırda oxunan: Qubanın dağ kəndlərinə qar yağıb - ÖZƏL

73232

May ayı olsa da, Qubanın dağlıq kəndlərində dağlara qar yağıb. Qar Dalıqaya və Söhüb kəndlərinin yaxınlığındakı dağ massivinə yağıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qubanın Dalıqaya kənd sakini Şahin İsmixanov özəl məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlər may ayında nadir hallarda qar yağmasını müşahidə edirlər.

Qeyd edək ki, artıq 2-ci gündür şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Ötən gün bölgədə yağışlı və küləkli hava şəraiti qeydə alınıb və hazırda davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin