Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Emin Mahmudov və həyat yoldaşı Lyudmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı Azərbaycana təxliyə edilib.
Üç gün əvvəl vətənə gətirilən 15 yaşlı Renata Mahmudova, 12 yaşlı David Mahmudov və 5 yaşlı Dayana Mahmudova əmiləri Ramil Mahmudovun himayəsinə verilib.
Bizim.Media valideynləri Ukraynada həlak olan azərbaycanlı uşaqlarla görüşmək üçün Ramil Mahmudovun evində qonaq olub.
Ətraflı təqdim edəcəyimiz videosujetdən tanış ola bilərsiniz:
Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media