Azərbaycanlı pilot türk F-16 qırıcısında selfi çəkdi ”“ FOTO

Hazırda oxunan: Azərbaycanlı pilot türk F-16 qırıcısında selfi çəkdi ”“ FOTO

73180
Təlimlər aprelin 13-dək davam edəcək.

Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz Şahini 2015”x9d birgə təlimləri davam edir.

Oxu.Az xəbər verir ki, təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər.

Belə ki, bundan əvvəl, ötəni ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı”x9d təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə həmin F-16 qırıcılarını Türkiyə səmasında idarə ediblər.

Xatırladaq ki,  Təlimlərdə Azərbaycan HHQ-nin  3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi,  4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri iştirak edirlər.

Təlimlər aprelin 13-dək davam edəcək.

Oxu.Az təlimdən çəkilmiş son fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin