Mayın 6-sı axşam saatlarından mayın 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin güclənəcəyi gözlənilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
Qeyd edilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Xəbərdarlıqda, həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.
Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 06.05.2022
Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
73143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.