Əhaliyə küləklə bağlı xəbərdarlıq edildi - DAHA İKİ GÜN DAVAM EDƏCƏK

Hazırda oxunan: Əhaliyə küləklə bağlı xəbərdarlıq edildi - DAHA İKİ GÜN DAVAM EDƏCƏK

73124

Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkə ərazisində küləkli hava şəraitinin daha iki gün davam edəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsinin müşahidə edildiyini açıqlayıb.

"Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib", - o qeyd edib.

Umayra Tağıyeva deyib ki, Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcək.

Xidmət rəisinin sözlərinə görə, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var: 

"Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin