Tez yetişən məhsullar bizi niyə zəhərləyir? – Ekspert səbəbləri AÇIQLADI

Hazırda oxunan: Tez yetişən məhsullar bizi niyə zəhərləyir? – Ekspert səbəbləri AÇIQLADI

73070

“Maddi maraqların təmin olunması üçün bitkiçilikdə artıq dərəcədə kimyəvi istifadəyə yol verilməsi birbaşa olaraq insan orqanizminə ziyan vurur. Təəssüf ki, bu hallara yol verən şəxslər məhsul istehsalının sonunda insan orqanizminə nə dərəcədə ziyan vuracaqlarını yox, qazanacaqları pulu hesablayırlar. Ona görə də istehlakçı nəfsinə qalib gəlməyi bacarmalıdır. Həmçinin, dövlət xidmətləri və Qida Təhlükəsizliyi Agentliyi tez-tez istixanalara baxış keçirməli, bu məsələləri nəzarətdə saxlamalıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında sosioloq Elçin Bayramlı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda kilosu 80 manata alça, 50 manata ərik satılır - VİDEO


O, mövsümi məhsulların yetişməkdə olduğu bir dövrdə zəhərlənmələrin artmasını birbaşa meyvə-tərəvəzə verilən kimyəvi əlavələrdə olduğunu qeyd edib.

Qidalanmanın əsas şərtlərindən biri kimi coğrafiyaya əhəmiyyət verməyin vacibliyindən danışıb: 

“Başqa qitələrin məhsulları bizə uyğun deyil. Təbiətin qanunlarından biri də odur ki, hər şeyin öz təbii yetişmə vaxtı var. Onlar pozulanda bu, çox ağır nəticələr verir”.

Ekspert eyni zamanda vurğulayıb ki, istehlakçı meyvə-tərəvəzin yetişmə vaxtını düzgün bilib, ona uyğun qidalanmalıdır:

“Meyvələrin yetişmə vaxtı əsasən iyun ayından başlayır. Yalnız may gilası mayda yetişir. Ərik, şaftalı və digər meyvələr də mayın sonunda yetişməyə başlayır. Əsasən bütün meyvə-tərəvəzlərin yetişmə dövrü mayın sonundan noyabra kimidir. Adətən kartof, badımcan, pomidor kimi tərəvəzlər iyun, iyul aylarından yetişməyə başlayır. Qarpız və yemişin yetişmə vaxtı isə iyulun axırı, avqustun əvvəlidir. İyul ayından tez qarpız yetişə bilməz”.

Son dövrlərdə insanların kimyəvi tərkibli meyvə-tərəvəzdən istifadəsinin sağlamlığımıza ciddi ziyan vurduğunu izah edən ekspert xəstəliklərin artmasının məhz vaxtından əvvəl yetişdirilən məhsullarla əlaqələndirib:

“İndi mövsümi qidalanma dəyişdiyi üçün insanlardakı xəstəliklərin sayı artmağa başlayır. Əgər fikir versəniz, eyni bir xəstəliyin insan orqanizmində müxtəlif növləri yaranır. Sanki orqanizmdə virus və ya bakteriyalar mutasiyaya uğrayıb yeni bir forma alır. Bunun kökündə isə insanın birbaşa olaraq qidalanması dayanır. İnsan bədəni təbiətlə harmoniyada olmalıdır. Toksinlərlə zəngin meyvə-tərəvəz mədə-bağırsaq sisteminin işini və qanın tərkibini pozur. Hətta beynin inkişafına belə zərərli təsir göstərir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin