Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib. Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
“Bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq.
Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - qeyd olunub. (Apa)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:46 / 06.05.2022
Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür
Hazırda oxunan: Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür
Hazırda oxunan: Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür
73065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.